• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1604
— 10.06.2019 15:32

Spirtli içki və külli miqdarda siqaret aşkar olunub

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21154" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda 3800 ədəd siqaret, 10 ədəd araq aşkar olunub. Faktla bağlı araşdırma aparılır.