• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1681
— 06.06.2019 16:35

"Aktyorluqla ifaçılıq incəsənətin ayrılmaz qollarıdır"

KepezTV Player

Belə bir deyim. İnsan sonradan istedadlı olmur, o dünyaya istedad kimi gəlir. Doğrudan da bəzi sahələrdə irəliləmək üçün talantın olması vacibdir. Fərq etməz. İstər ifaçılıq olsun, istərsə də aktyorluq...

Emil Slamanov aktyor, ifaçı: Düzü mən gitarada ifalara başlayanda, bu qədər inkişaf edəcəyimi düşünmürdüm. Aktyor kimi davam etmək istəyirdim. Gitarada ifalara davam elədikcə gördüm artıq hər iki sahədə də irəliləyə bilərəm. Hər ikisində uğurlarım olur...

Emil Salmanovun sözlərinə görə, aktyorluqla ifaçılıq incəsənətin ayrılmaz qollarıdır. Bu səbəbdəndir ki, hər iki sahənin kifayət qədər ortaq cəhətləri var.

Emil Slamanov aktyor, ifaçı: Hər ikisi müəyyən kütlə qarşısında olur. sadəcə biri musiqi ifa edir, biri obraz canlandırır....

Aktyorluq üzrə təhsili olan gənc gələcəkdə özünü elə bu sahədə inkişaf etdirmək istəyir.

Emil Slamanov aktyor, ifaçı: Gəncə Dövlət Dram Teatrı illərboyu istedadlı aktyorlar, aktrisalar yetişdirib. Gələcəkdə həmin görkəmli insanlar arasınd amənim də adımın çəkilməyini istəyirəm....

Yaxşı obraz yaddaşlarda qalır və heç vaxt unudulmur. Aktyorun da xoşbəxtliyi elə tamaşaçının yaddaşına həkk olunmasındadır. Hər dövrdə qabiliyyətsiz aktyorlar olub, indi də var və gələcəkdə də olacaq. Bu səbəbdən də məsəldə deyildiyi kimi,“İstedadlı adamlara kömək etmək lazımdır, istedadsızlar onsuzda özləri qabağa gedəcək”.