• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1761
— 01.06.2019 20:46

Kim sevirsə idmanı...

KepezTV Player

Hazırda ölkəmizdə orta məktəblərdə fiziki tərbiyə ayrıca fənn olaraq tədris olunur. Plana uyğun olaraq, bu fənnin həftəlik dərs yükü bütün siniflərdə 2 saatdır. Həftə ərzində idman dərslərinin effektiv keçirilməsi yaxşı nəticələrə gətirib çıxara bilər.

İdman dərsi olan günlər şagidlərin də xüsusi bir istəklə məktəbə getdiyini söyləmək olar.

Fiziki tərbiyə müəllimi zalda şagirdə müxtəlif hərəkətləri öyrədib, onlarda normativləri yoxlayır. Dərsin bir hissəsində isə hər hansı idman növü üzrə məlumatı verə, şagirdi peşəkar səviyyədə idmanla məşğul olmağa yönləndirə bilər.

İdman dərsi çox faydalı dərslərdən biri olmaqla uşaqların fiziki inkişafı baxımından təsiri böyükdür. Bəzən bu predmetə bir  o qədər əhəmiyyət verilməsə də, yorucu dərslərdən sonra bu fənnin tədrisinin çox böyük əhəmiyyəti var.