1 İYUN – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarı Bakıdan Gəncəyə səfər etmişdir.
Gəncə Dəmir Yol Vazğalında sürət qatarının balaca sərnişinlərini şəhər məktəbliləri mehribanlıqla qarşıladılar. Daha sonra tədbir Gəncə Dövlət filarmoniyasında davam etdi. Çıxışlarda vurğulandı ki, tədbrin keçirlməsində əsas məqsəd cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltmək, onların qayğılarının həllinə çalışmaq, uşaqlarla bağlı layihələrdə onların iştirakını və fəallığını təmin etməkdir.
“Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarının sərnişinləri əsasən həssas kateqoriyadan olan uşaqlardır. Onlar dövlət uşaq müəssisələrində yaşayanları, sağlamlıq imkanları məhdud olanları, qaçqın və məcburi köçkün,eləcə də aztəminatlı ailələri təmsil edirlər.
Tədbirdə balacalar bayramları münasibəti ilə hazırladıqıları konsert proqramı ilə çıxış etdilər. Onların ifasında mahnılar, rəqslər, şeirlər alqışlarla qarşılandı.
- Baxış: 1046