• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1784
— 01.06.2019 12:31

Gəncə Dövlət Kukla Teatrının kollektivi Lənkərana yollanır

KepezTV Player

Dramaturq Əhməd Orucun “Zınqrovlu pişik” tamaşasına kollektiv ilk dəfədir müraciət edir. Şamil Məmmədovun quruluş verdiyi səhnə işinin son məşqləri də yekunlaşıb. Birinci Beynəlxalq Uşaq Teatrları Festivalında təqdim olunacaq tamaşada rejissor bir neçə yenilik də edib.

Bu tamaşada ilk dəfə canlı aktyorlarla kuklaların sintezi də olacaq.

Şamil Məmmədli quruluşçu rejissor: “Bundan əlavə musiqilərdə tam yeniliklər eləmişik. Uşaqların bəyəndiyi janrlara müraciət etdik. Hətta meyxana janrınada müraciət elədik. Müasir üslubda diskateka üslubunda olan musiqilər və milli musiqilərimizdə var.

Gücün birlikdə olmasından, eləcə də dostluğun tərənnüm edildiyi tamaşada kuklalarla yanaşı 5 aktyor da rol alıb.

Iyunun 5-nə kimi davam edəcək festivalda ölkəmizin 10 sənət ocağının kollektivi iştirak edəcək.