• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 31.05.2019 11:57

"Mercedes" "KamAZ"-a çırpıldı

KepezTV Player

Ucarda xəsarətlə nəticələnən yol qəzası olub. Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində Salyan sakini 34 yaşlı Vüqar Həmidovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili arxadan Ağdərə sakini 53 yaşlı Ələmdar Əsgərovun sürdüyü "KAMAZ"a çırpılıb. Nəticədə "Mercedes"in sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Yaralı Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı aradırma aparılır.