• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1564
— 31.05.2019 12:11

Təhsil işçilərinin növbəti regional toplantısı Şəmkirdə reallaşıb

KepezTV Player

Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarının təhsil işçilərinin hesabatı dinlənilib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva görülən işlərin hərtərəfli təhlilini aparmaq üçün toplantının əhəmiyyətinə toxunub. Qarşılıqlı mübadilə və yeni təcrübəyə yiyələnmək baxımından yığıncağı əhəmiyyətli hesab edib. Təqdim olunan hesabatlara əsasən fəaliyyəti zəif qiymətləndirilən məktəblərin rəhbərlərinə tövsiyələr verilib. Nəticəsi qənaətbəxş olmayan təhsil müəssisələri nazirlik tərəfindən nəzarətə götürüləcək və həmin məktəblərin rəhbərləri nəticələrin müzakirəsi üçün nazirliyə dəvət olunacaqlar. Tədbirdə Şəmkir, Gədəbəy və Daşkəsən Rayon Təhsil şöbələri müdirləri bu tədris ilində görülən işlər barədə məruzə edib və görülən işlər barədə fikir mübadiləsi aparılıb, təhisl işçilərinin təklifləri dinlənilib. Təmayülləşmə, valideyn-məktəb münasibətlərinin tənzimlənməsi, məktəbəhazırlıq qrupları və digər məsələlərin icrası ilə bağlı diskusiya aparılıb.

Məhəbbət Vəliyeva - Təhsil nazirinin müavini: Növbəti dərs ili çünü Təhsil Nazirliyi dinlənilən hesabatlar nəticəsində idarəetmə sisteminin təkminləşdirilməsi barədə düşünür. Mən düşünürəm ki eyni zamanda bu keçirilən müşavirələr bizə növbəti dərs ilinin prespektivlərini müəyənləşdirməyə və bu sahədə rayon təhsil şöbələri ilə bərabər işi qurmağa yaxşı imkan yaradır.