• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1014
— 24.05.2019 19:15

Mərakəş çəyirtkələri ilə mübarizə aparılır

KepezTV Player

Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri ölkədə fitosanitar vəziyyəti nəzarətdə saxlamaq, karantin və xüsusi təhlükəli zərərvericilərin yayılma arealını müəyyən etmək məqsədi ilə fitosanitar tədbirlərə start verilib. Tovuz, Ağstafa, Şəmkir və Samux rayonlarını əhatə edən Ceyrançöl ərazilərində mərakeş çəyirtgələrinə qarşı mübarizə işləri aparılır.

Ceyrançölün Tovuz rayonu ərazisində 20 min hektarda mərakeş çəyirtgələrinin yayılma və sürüsünün hansı istiqamətə miqrasiyası ilə bağlı  müşahidələr aparılıb. Nəticədə 3 min 500 hektara yaxın ərazidə kimyəvi mübarizə tədbirlərinin görülməsi vacib hesab edilib. 2 gündür Gürcüstanla həmsərhəd olan ərazilərdə xüsusi texnikalar vasitəsilə kimyəvi dərmanlama işləri aparılıb və 500 hektarda çəyirtgə sürüləri məhv edilib.

Aparılan araşdırmlar göstərir ki, Azərbaycan ərazisinə daxil olan mərkaş çəyirtgələri əsasən Gürcüstandan Bozdağ silsiləsini aşaraq ölkəyə girir. Sürü şəkilində öz həyat tərzini sürən zərəvericilər 1 saat ərzində bir neçə hektar əkin sahəsini və yaşıllıq zonasını məhv etmək qabiliyyətinə malikdir. Bu da çəyirtgənin nə dərəcədə təhlükəli olmasından xəbər verir.

Faiq Məmmədov – təsərrüfat sahibi “Yaz fəsli gələndən bu çəyirtgələr çox peyda olub ərazidə. Bu həşəratlar imkan vermir ki, yaşıllıq qalsın heyvan yaxşı qidalansın. Bütün otu məhv edir. Sağ olsun aidiyyatı qurumlar burada mübarizə işləri aparır, bu çəyirtgələri qırır”.

Ziyanverici həşəratlar Çeyrançol qış otlaq sahəsində iri və xırda buynuzlu heyvanların yem bazasını məhv etməklə Kürqırağı ərazilərdə mövcud olan əkin sahələri üçün təhlükəli hesab olunur.

Lalə Şamilova – Tovuz Rayon Bitgi Mühafizə Mərkəzinin rəisi: “Adətən Gürcüstandan bizə may ayının axıları və iyun ayının ortalarına kimi kütləvi miqrasiyası müşahidə olunur. Həmin ərəfədə də çəyirtgələr 3-4 yaş qrupunda olurlar. Hazırda ərazidə çəyirtgələr 2-3 yaş mərhələsindədilər. Kimyəvi mübarizə tədbirləri aparılmazsa çəyirtgələrin 4-5 yaş qrupunda olanda tədbir aparmaq çox çətin olur. Amma biz hazırda başladığımız mübarizə tədbirləri səmərəlidir.”

Çeyrançöldə çəyirtgələrə qarşı aparılan kimyəvi mübarizə işləri yekunlşan sahələrə xəbərdaredici löhvələr yerləşdirilir ki, burada heyvanaların 10 gün otarılması qadağandır. Əks təqdirdə heyvan sürüsü kütləvi məhv ola bilər. 

 

Xaliq Qurbanlı