• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 22.05.2019 18:57

Dondurma alarkən nəyə diqqət etməliyik?

KepezTV Player

İsti havaların əvəzolunmaz delikatesi – dondurma... Onu uşaqdan böyüyə hər kəs xoşlayır. Xüsusən də isti günlərdə. Hazırda yaz fəsli olmasına baxmayaraq bütün marketlərdə növbənöv dondurmalara rast gəlmək mümkündür. Sırada dondurma barədə maraqlı araşdırmamız var. Baxaq.

Dondurma mövsümü açıq elan olunub. Amma bəzi valideynlər “Övladıma dondurma alsam bir dərd, almasam bir dərd” deyir. Yəni dondurma almağa ehtiyat etməliyikmi? Bu gün bu barədə danışacağıq.

Günəşli günlərdə sərinləmək üçün yeyilən dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılsa da, heç kim bu soyuq və dadlı təamdan vaz keçmir. Bəs görəsən həqiqətənmi dondurma zərərlidir? Onun faydası və zərəri barədə sakinlər nə düşünür ?

Dondurmalar tərkibinə, istehsal şirkətinə görə bir-birindən qiymətilə fərqlənir. Sakinlər damaq dadlarına uyğun dondurma alarkən nəyə fikir verirlər ? Görəsən, yaxşı dondurma seçimi necə olmalıdır ?

dondurmanı çox xoşlayırsınızsa, hər gün yeyə bilərsiz. Amma müəyyən şərtlər daxilində və təbii ki, əsas gigiyena qaydalarına əməl etməklə... Belə olarsa ehtiyatlanmağa dəyməz.