KepezTV Player
Eynəkli uşaqların sayı artır. Əslində bunu anlamaq üçün heç uzun-uzadı statistik rəqəmləri analiz etməyə də ehtiyac yoxdur. Şəhərdə qısa bir gəzinti bunun həqiqət olduğunu görməyə imkan verir. Həm də bu problemə əvvəllər daha çox yuxarı sinif şagirdlərində rast gəlinirdisə, hazırda azyaşlı uşaqlarda da görmə zəifliyi müşahidə olunur. Bunun səbəbi nədir? Gözlərimiz niyə zəifləyir? Əvvəllər insanların gözləri daha yaxşı görürdü yoxsa indi?
Bəs görəsən, azyaşlılar arasında bu problemin meydana gəlməsi nə ilə əlaqədardır ?
Belə qənaətə gəldik ki, uşaqları zərərli vərdişlərdən uzaq tutmaqla, onların sağlam böyüməsi şansını artıra bilərik. Unutmayaq ki həyatın gözəlliklərini görmək üçün bizə gözlər lazımdır.
- Baxış: 622