• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 21.05.2019 17:29

Tələbələr biliklərini sahədə tətbiq edirlər

KepezTV Player

Universtetin Aqranomluq fakültəsinin Bağçılıq kafedrasının 60 sot ərazidə tədris təcrübə sahəsi var. Bu il ilk dəfə olaraq sahədə intensiv üsulla bağ salınıb və yerli və xarici olmaqla 220 ədəd meyvə ağacları əkilib. Calaqaltısı gödək olan ağaclar 1-2 metr məsafədə əkildiyindən yığcam çətir əmələ gətirir və vahid sahədə ağacların sayını artırmağa imkan verir. Həmçinin intensiv üsulla əkilən ağaclar 3 ildən sonra məhsul verir.

Ceyhun Məmmədov tələbə: Bizə yaşıl budamanı öyrətdi. Bitkilərdə zoğların necə mərtəbələr şəkilində formalaşmasını öyrətdi. Biz burada dərsləri daha aydın başa düşürük. Burada öyrəndiklərimizi öz təsərrüaftlarımızda işləyəcəyimiz hər hansı bir şirkətlərdə tətbiq edəcəyik

Aytac Yusifli tələbə: Bizim Xacmaz zonasında daha çox meyvə bağları üstünlük təşkil edir. Daha çox şaftalı, alma meyvə bağları var. Aqranomluq ixtisasına həvəsim olduğuna görə bu sahəni seçdim. Budama növləri, intensiv bağçılığı öyrəndim. Öyrəndiklərimi də öz rayonumuzda tətbiq edəcəm.

Bağçılıq təsərrüfatında xaricdən gətirilən ağac növlərinin yerli iqlimə uyğunlaşdırılması və bunun nəticəsi olaraq bol məhsulun əldə edilməsi yolları tələbələrə izah edilir. Burada ağaclara vaxtlı-vaxtında  arqotexniki qulluq eləcə də kanallar vastəsi ilə suvarılması da vacib olan şərtlərdəndir.

Hüseyn İdrisov ADAU-nun Bağçılıq kafedrasının müdiri: Auditoriyada dediklərimiz  nəzəri məsələləri sabah mütləq çıxırıq sahədə tələbələr göstəririk. İndi dib belləmə, alaqlardan təmizləmə gedir. Dünən xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri gedib. Bir neçə gündən sonra digər tədbirləri həyata keçirəcəyik. Tələbələr bunları öz əlləri ilə eləməsələr bunlardan gələcəkdə aqranom ola bilməz. Aqranom sahədə olmalıdır.

Mütəxəsislər bağçılıqda intensiv üsulun təsərrüfatlarda da tətbiq edilməsini məsləhət görürlər.