• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 20.05.2019 11:01

Robot şlanq divarda gəzir

Yaponiya və Böyük Britaniyadan olan mühəndislər robot şlanq düzəldiblər. O, divara və digər şaquli vəziyyətdə olan yerlərə dırmaşa bilir. Robotun özəlliyi onun 3 ədəd duş şlanqı və iki sorucudan düzəldilməsidir. Şlanqlar bir-birilə sıx birləşdirilib və mərkəzində üçbucaqlı konstruksiya var. Burada dişli iki elektromühərrik quraşdırılıb. Videodan aydın olur ki, robot sorucu qurğuların köməyilə divardan yapışır, hərəkət üçün isə onları növbə ilə istifadə edir. Robot künclərdən keçə, 90 və ya 180 dərəcəli yerləri adlaya bilir. Hər bir sorucu 1,7 kiloqram yük götürə bilir, sürət isə saniyədə iki santimetr təşkil edir.