• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1379
— 18.05.2019 12:26

Polis rəisi dağ kəndində içtimayyətlə görüşüb

KepezTV Player

Narkomaniya ilə mübarizə və onun profilaktikası bağlı maarifləndirici söhbət bu dəfə Gədəbəyin Böyük Qaramurad kəndində aparılıb. Rayon polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Mehman Həşimov bəşəriyyətin gələcəyi üçün narkomaniyaya qarşı mübarizədə hər kəsi həmrəy olmağa səsləyib. Narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin tələblərindən irəli gələrək aprılan ciddi tədbirlərin qarşıda ciddi vəzifələr kimi dayandığı diqqətə çatdırılıb. Həmçinin dini radikalizm və erkən nigah məsələləri də ictimaiyyət nümayəndələri ilə görüşdə müzakirə edilib. Şagirdlərin təhsildən yayınmasının yolverilməzliyi önə çəkilib. Gədəbəydə erkən nigah hallarının sayının azalması təqdirəlayiq hal kimi dəyərləndirilib. Tədbirdə yeniyetmələrə narkomaniyadan uzaq durmaq və cəmiyyətdə hərtərəfli fərd olaraq formalaşmaq tövsiyyə edilib, maraq yaradan suallar cavablandırılıb.

Natiq Hüseyn