• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1439
— 17.05.2019 19:17

Gəncədə körpülərin təmirinə başlanıldı

KepezTV Player

Gəncə şəhəri ərazisində Gəncəçay çayı üzərində körpülərin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasına başlanılıb. Hazırda podratçı şirkət tərəfindən 1 körpünün əsaslı təmirinə start verilib.

Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən körülərin əsaslı təmrinə start verilib. 19 və 20 əsrin ayrı ayrı illərində inşa edillən və hazırda istismarda olan körpülərdə vaxtilə təmir bərpa işləri aparılsada bu mövcud körpülərin qəzalı vəziyyətini tam aradan qaldırmayıb.

Sərəncama uyğun olaraq Gəncəçay üzərində mövcud olan və istismar müddətini başa vuran körpülərdə əsasən rekanstruksiya, eləcədə körpülərin yükgötürmə qabiliyyətinin artırılması işləri aparılcaq ki, hazırda da bir neçə gündür podratçı şirkət tərəfindən işlərə start verilib.

Telefon bağlantısı “Həmin körpülər artıq əqzalı vəziyyətə düşüb və istisamr müddətini başa vurub. Vətəndaşların həmin körpülərdən normal istifadəsini təmin etmək üçün prezident tərəfindən sərəncam imzalandı, maliyyət vəsaiti ayrıldı. Artıq tikinti işlərinə start verilib, bu ilin sonuna gələn ilin əvvəlinə həmin körpülərin tam olaraq tikilib istifadəyə verilməsi nəzərdə tutulur

Sərəncamına uyğun olaraq qəzalı vəziyyətdə olan 5 körpünün bərpasına başlanılması Gəncəçayının sağ və sol sahilini birləşdirən körpülərin sel vaxı dayanıqlığının artırmaq, və həmin körpülərdə avtomobillərin, eləcədə piyadaların təhlükəsiz hərəkətini təmin etməkdir.  

Seymur Meyrəliyev – iş icraçısı: “Azəryaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Gəncə şəhərində yerləşən 5 körpüdə təmir, bərpa işləri başlanılıbdır. Hazırda 1 körpüdə beton bərkitmə işləri gedir. Körpünün üst hissəsində isə beton arakəsmələrin bərpası və yenidən qurulması aparılır”

Layihəyə uyğun olaraq əsaslı təmir olunacaq körpülərin məhəcərləri milli arlamentlərdən istifadə olunaraq yığılacaqdır.  Buda şəhərin estetik görününşünə öz müsbət təsirini göstərəcəkdir.  5 körpünün smeta dəyərinə 6,4 milyon manat vəsait ayrılıb.

Xaliq Qurbanlı