Gəncənin tibb kollecində təhsil alan tələbələr vətənpərvərlik mövzusunda marifləndirilib. Şəhər icra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan tədbirdə gələcəyin sağlamlıq keşikçilərinə vətənin də keşiyində sayıq dayanmaq, dövlətinə, millətinə şərəflə xidmət etmək tövsiyyə olunub. Bu gün iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən, milli mənəvi dəyərləri qoruyaraq tollerantlıq nümunəsi kimi göstərilən Azərbaycanı məhz gənclərin daha irəliyə aparacağı ifadə olunub. Bunun üçün hər bir gəncin vətən, torpaq, bayraq sevgisi ilə böyüməsi əsas şərt kimi qiymətləndirilib. Öz növbəsində gənclər vətənpərvərlik mövzusuna aid müxtəlif şerlər səsləndirib, bədii kompazisyalarla çıxışlar ediblər. Tədbirdə şəhər ictimayəti ilə yanaşı millət vəkilləri də iştirak edib
Günay İsayeva Gəncə Tibb Kollecinin tələbəsi: Çox şadam ki, bir Azərbaycanlı gənci olaraq, Azərbaycanlı tələbə olaraq, bizdə belə tədbirlər keçirilir davamlı olaraq. Mən düşünürəm ki, bu bizim gənclər üçün böyük tövhədir, bu vətənpərvərlik mövzusunda keçirilən tədbirlər, konfranslar. Və mən bir Azərbaycanlı olaraq, bir tibb işçisi olaraq gələcəkdə xalqıma şərəflə xidmət edəcəm.
Ləman Məmmədova Gəncə Tibb Kollecinin tələbəsi: Bir Azərbaycanlı gənci olduğum üçün həmişə fəxr etmişəm, həmişə də fəxr edəcəm. İstər ölkə xaricində, istər ölkə daxilində vətənimizi layiqincə təmsil edəcəyimizə, vətənimizin çiçəklənməsi üçün əlimizdən gələni edəcəyik.
- Baxış: 662