• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2336
— 16.05.2019 12:30

Milli Qəhrəmanın barelyefinin açılışı olub

KepezTV Player

Tovuzda Milli Qəhrəman Qasım Rzayevin xatirəsi anılıb. Rayon İcra Hakimiyyətinin məsul  işçiləri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə   Dövlət Xidmətinin  Tovuz rayon  şöbəsinin  əməkdaşları, şəhidin döyüş yoldaşları, ziyalılar və məktəblilər əvvəlcə qəhrəmanın  məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Qasım Rzayevin döyüş yolundan söz açılıb, Milli Qəhrəmanın 1988-ci ildə Ukraynada hərbi xidmətini başa vurduqdan sonra doğulduğu Əlibəyli kəndinə gəldiyi, könüllü şəkildə milli ordu sıralarına yazıldığı vurğulanıb. 1992-ci il mayın 14-də növbəti döyüşlərin birində düşmənə ağır zərbə vuran Qasım Rzayev özü də yaralanıb və şəhidlik zirvəsinə ucalıb. 1993-cü ildə ölkə Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layıq görülüb. 1998-ci ildə idə isə “Qızıl ulduz” medalı ilə təltif edilib. Anım mərasimi şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib. Qasım Rzayevin yaşadığı evin qarşısında barelyefinin açılışı olub.

Valeh  Rzayev - Milli Qəhrəmanın qardaşı: İlk milli ordu yaranan günü könüllü olaraq milli orduya yazılıb. Bir döyüşçü kimi torpaqlarımızın müdafiəsində dayandı. Kəndin müdafiəsində gedən döyüşlərdə iştirak edən fəal əsgələrdən biri oldu.

Natiq Hüseyn