• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 5429
— 15.05.2019 12:05

Məktəblərə nəzarət gücləndirilir

KepezTV Player

Azərbaycanda təhsil müəssisələrinə nəzarətin gücləndirilməsi üçün onlarla bağlı yeni bir tələbin qoyulması təklif olunur. Bununla bağlı “Təhsil haqqında”” qanuna dəyişikliklər edilir. Dəyişikliklərə əsasən, dövlət tərəfindən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacaq. Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri bu sistemə qoşulmalıdır. Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək.