• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1733
— 15.05.2019 11:36

Gəncədə azyaşlılara tütün məmulatları satanlar cərimələnib

KepezTV Player

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində reydlər davam etdirilir. Növbəti belə tədbir Gəncədə həyata keçirilib.

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı yoxlamalar zamanı bir neçə obyektdə azyaşlılara tütün məmulatı satılması faktı müəyyən edilib. 

Yoxlamalar nəticəsində ümumilikdə 6 mağaza sahibinə inzibati protokol tərtib edilib. Eyni halın bir daha təkrarlanmaması üçün obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparılıb.

Satıcılarda siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yaranarsa, satışı dayandırmalı, həmin müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər. Əks halda satış olmamalıdır. Tədbirlər bundan sonra da davam etdiriləcək.

Natiq Hüseyn