• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2267
— 15.05.2019 11:02

Bu modulla Aya sərnişin və yük daşınacaq

Amazon və Blue Origin şirkətlərinin qurucusu Cef Bezos Ay peykinə eniş edəcək Blue Moon modulunu təqdim edib. 3 ildir hazırlanan prototiplə Aya insanlar və yüklər daşımaq mümkün olacaq. Amma Bezos hələlik prototipin yük daşıyan versiyasını göstərib. Onun sözlərinə görə bununla Yerin peykinə 3,6 tona qədər yük daşımaq olar. Deyilənə görə, Blue Origin mühəndisləri daha ağır yük daşıya bilən modul da hazırlayıblar. Gələcəyin Ay modeli BE-7 mühərriki ilə təchiz olunacaq. Onun yanacağı maye oksigen və hidrogendir. Mühərrikin ilk sınaqları yayda baş tutmalıdır. Blue Origin şirkətindən bildirirlər ki, onlar aparatlarını 2024-cü ildə Aya göndərə bilərlər. Maraqlıdır ki, NASA analoji missiyası da həmin ilə düşür. SpaceX şirkətinin rəhbəri İlon Mask isə Amazonun Blue Moon adlı modulunu Blue Balls, yəni mavi şarlar adlandırıb. Mask öz tvitterində “oh, Cef, bizə sataşma” paylaşımı da edib.