• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1987
— 15.05.2019 11:01

Ford təcili əyləc sistemi olan mağaza arabası düzəltdi

Ford şirkəti supermarket arabaları üçün təcili əyləc sistemini quraşdırıb. Onun işi markanın bir çox modellərində tətbiq olunan Pre-Collision Assist sistemi əsasında həyata keçirilir. Arabaya quraşdırılan sensorlar qarşıya çıxan insan və ya digər maneələri müəyyənləşdirir. Onları müəyyən etdiyi zaman isə araba avtomatik dayanır. Ford başbilənləri əmindirlər ki, bu cür yanaşma daha çox uşaqla alış-veriş edənlərin işinə yarayacaq. Yeni tətbiq hələlik sınaq mərhələsindədir.