• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 11.05.2019 20:26

Təsərrüfatlar birləşdirilib

KepezTV Player

Bu ilin əvvəlində Kənt Təsərrüfatı Nazirliyinin tabeliyində yeni “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin” Qərb regional filialı yaradılıb. Əsasən Göygöl, Samux, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa rayonlarını əhatə edən birlikdə Nazirliyin tabeliyində olan əkinçilik, eləcə də heyvandarlıq təsərrüfatları birləşdirilərək faəliyyətə başlayıb. Emal birliyində taxıl toxumçuluğu, südlük camışçılıq eləcə də  ətlik maldarlıq olan zebu heyvan cinsi inkişaf etdirilir. Hazırda birliyin 6 rayonda 10 min 500 ha torpaq sahəsi var ki, bunun da 900 ha-da  taxıl toxumu, 75 ha-da şəkər çuğunduru, 6 ha kartof eləcə də biçənək kimi istifadə edilir. Hazırda burada zebu və camışlardan gün ərzində 90 litr süd sağılır. Müəssisə mərkəzləşdirilərək, elektronlaşdırılıb və idarə etmə asanlaşdırılıb. Kənt Təsərrüfatı Nazirliyinin bu emal müəsisələri Respublikanın 5 regionunda yaradılıb və fəaliyyət göstərir.

Nail Məmmədov Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin qərb regionu üzrə filialının rəisi:Heyvandarlıqda qoyunçuluğun inkişaf etdirilməsi, camışçılığın inkişaf etdirilməsi, elacada zebo cinsinin artırılmasıdır. Hazırda heyvanlar gümrah vəziyyətə gətirilib, bala sayı artıb. Məqsədimiz odur ki, inkişaf etdirmək yeni taxıl sahələrinin inkişaf olunması, toxumun artırılmasıdır.