• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 10.05.2019 12:02

Ulu öndərin xatirəsini diaspor təşkilatı anıb

KepezTV Player

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü Rusiyanın Şimali Osetiya-Alaniya respublikasının paytaxtı Vladiqafqaz şəhərində də qeyd edilib. Rusiya Azərbaycanlılar Konqresi və diasporun təşkilatçılığı ilə keçirilən Xalqlar Dostluğu konsertində, çıxış edən, Azərbaycan diasporunun nüamyəndələri və Şimali Osetiya Parlamentinin sədr müavini Qariy Kuçiyev Azərbaycanla Şimalı Qafqaz xalqları arasında olan dostluq və qardaşlıq əlaqələrində ulu öndərin əvəsiz rolundan söz açıblar. Türk dünyasının böyük oğlu Heydər Əliyevin tək Azərbaycanda deyil, qardaş xalqlar tərəfindən böyük ehtiramla anıldığı vurğulanıb. Tədbirdə Azərbaycan diasporuna verdiyi dəstəyə görə, bir qrup Şimali Osetiya Respublikası rəsmilərinə Rusiya Azərbaycanlıları Konqresi və diaspor tərəfindən fəxri fərmanlar verilib. Tədbirdə dahi Azərbaycan oğlu Heydər Əliyevin həyat və yaradıcılığını, siyasi fəaliyyətini əks etdirən filmin nümayişi ilə davam edib. Göygöl Dövlət Mahnı və Rəqs ansamblının, Şimali Osetiyanın Çigid qrupunun ifasında musiqi və rəqs nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.