KepezTV Player
Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət millimiz Göygöldə keçirdiyi iki həftəlik təlim-məşq toplanışını başa vurub. Yığmamız qarşıdan gələn yarışlara yerli olimpiya idman kompleksində hazırlaşıb. Güləşçilər Göygöldə gündə 3 dəfə məşq edib. Toplanış ümumi fiziki hazırlığın yaxşılaşdırılması üzərində qurulub. Məşq prosesi əsasən iyun ayında Belarusda keçiriləcək Avropa Oyunları və sentyabrda Qazaxıstanda təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyıb. 30-a yaxın güləşçinin qatıldığı toplanışda təcrübəlilərlə yanaşı, gənc pəhləvanlar da iştirak edib. Yığma komandaya 100 kq+də 19 yaşlı gürcüstanlı legioner də cəlb olunub.
Azad Rəfi
- Baxış: 718