• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 08.05.2019 16:06

Əcnəbiyə qarşı soyğunçuluq edən yaxalandı

KepezTV Player

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində əcnəbi vətəndaşa qarşı soyğunçuluq edən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunan 54 yaşlı Rauf Tahirov saxlanılıb. O, əcnəbinin içərisində xeyli miqdarda pul, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə ələ keçirib. Saxlanılan zaman Rauf Tahirovun üzərinə keçirilən baxış zamanı onun əynindəki gödəkcənin cibindən külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. Onun ətrafında aparılan araşdırmalar nəticəsində cari ilin mart ayında Elşad Babayevə məxsus fərdi yaşayış evindən də oğurluq etdiyi məlum olub. Faktlarla əlaqədar ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.