• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 772
— 03.05.2019 12:19

Samuxda birinci rübün yekunları müzakirə olunub

KepezTV Player

Hesabat yığıncağında 3 ay ərzində ümumi məhsul buraxılışının həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artdığı, kənd təsərrüfatında bu güstəricinin 13,6 faiz yüksəldiyinə diqqət çəkilib. olunub. Rüb ərzində 151-i daimi olmaqla 409 yeni iş yeri yaradılıb. 2018-ci ilin sonlarından başlanılan təmir tiktinti işləri birinci rüb ərzində tam başa çatdırılıb. 4 çoxmərtəbəli yaşayış binası təmir edilib. Yenikənd-Köbər-Qaraağaclı yolu üzərində bir aşırımlı körpünün təmir tikintisi davam etdirilir. Samux şəhər 2 saylı körpələr evi uşaq bağçası üçün ayrılmış binadada yenidənqurma işləri sona çatmaq üzrədir. İclasda dövlət proqramına uyğun olaraq Samux rayonunda görüləcək işlər barədə də məlumat verilib. Rayonda yeni xəstəxana kompleksinin inşası, Sərkar və Çobanabdallı kəndlərində, eləcə də İnstitut qəsəbəsində yeni məktəb binalarının tikintisi dövlət proqramına salınıb və yaxın vaxtlarda icrasına başlanacaq. Sonda qarşıdıan gələn yay mövsümündə əhalinin içməli və suvarma suyuna olan tələbatını ödənilməsi istiqamətində görülən işlər geniş müzakirə olunub. Aidiyyatı strutur rəhbərlərinə konkret tapşırıqlar verilib.