• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 02.05.2019 20:38

Qazaxda su və kanalizasiya şəbəkələri yenidən qurulur

KepezTV Player

Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılıb.Podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edib. Şəhərin bir kənarından su və kanalizasiya xətlərinin paralel tikintisi sürətlə davam etdirilir. Təsdiqlənmiş qrafikə əsasən, işlər 2020-ci ilin dekabrında başa çatdırılacaq. Eyni zamanda yeni qurulmuş infrastrukturun imkanlarından istifadə olunmaqla Ağköynək, Qarapapaq, Hüseynbəyli və Dağ Kəsəmən kəndlərinə içməli suyun verilməsi təmin olunacaq. Layihəni Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı birgə maliyyələşdirir.

Fuad Təhməzov "Azərsu" ASC-nin şöbə rəisi :Qazax şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,4 km magistral su kəməri, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 106,4 km paylayıcı su şəbəkəsi inşa ediləcək. Şəhər ərazisində 82,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, 4,4 km kanalizasiya kollektoru tikiləcək.