• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 02.05.2019 20:35

Şəmkirdə 29 yaşlı gənc güllələnərək öldürüldü

KepezTV Player

Şəmkir rayonunda qətl hadisəsi törədilib. Bayramlı kəndində kənd sakini 29 yaşlı Kəramət Məmmədli yaşadığı ünvanda güllələnib. O, hadisə yerindəcə keçinib. Yaxınlarının sözlərinə görə, mərhum insident baş verən zaman evdə tək olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.