• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1395
— 02.05.2019 17:01

Samuxda qadınların ictimai fəallığıdan danışılıb

KepezTV Player

Samux qadınlarının rayonun ictimai həyatında oynadığı rol, xüsusən təhsil və səhiyyə sahəsində qadınların üstünlük təşkil etməsi, idarəetmədə qadınların irəli çəkilməsi rayon YAP qadınlar şurasının Əhmədbəyli kəndində keçirdiyi görüşdə diqqət mərkəzində olub. Ölkədə müxtəlif sahələrdə əldə edilən nəticələrdən, rayon iqtisadiyyatında qazanılan uğurlardan danışılan toplantıda qadınların da əməyinin olduğuna diqqət çəkilib. Rayondakı uşaq baxçalarının və məktəblərin əsas heyətini təşkil edən qadınların yetişməkdə olan nəslin təlim-tərbiyəsində, savadlı fərdlər olaraq yetişməsindəki xidmətləri vurğulanıb. Rayon qadınlarının partiyanın uğurlu fəaliyyəti üçün bundan sonra da səylə çalışacaqları dilə gətirilib.