• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1475
— 01.05.2019 12:13

Türk sürücü qəza törətdi

KepezTV Player

Ucar rayonunda yol qəzası baş verib. Müsüslü kəndi ərazisində 45 yaşlı Türkiyə vətəndaşı Əli Gənc Həsənoğlunun idarə etdiyi TIR maşını "KamAz"a çırpılıb. Nəticədə Trabzon şəhər Yeni Cuma qəsəbə sakini olan Həsənoğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan, yaralının Bakıdakı xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub. Faktla bağlı araşdırma aparılır.