• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2004
— 30.04.2019 20:24

Gəncədə cüdo yarışı keçirilib

KepezTV Player

Gəncə-2019 Avropa İdman Şəhəri adı altında cüdo yarışı keçirilib. Yarışın açılış mərasimində bu olimpiya idman növünün ölkəmizdə olduqca populyar olduğu, Azərbaycan cüdoçularının hər il müxtəlif səviyyəli turnirlərdə respublikamızı layiqincə təmsil etdiyi vurğulanıb. Böyük yarışlara gedən yolun məhz belə birinciliklərdən başladığı qeyd olunub. Rəsmi hissədən sonra görüşlərə start verilib. Tatami üzərində müxtəlif yaş qruplarından olan uşaq və yeniyetmələr ayrı-ayrı çəki dərəcələrində qüvvəsini sınayıb. Medallar uğrunda mübarizələrdə oğlanlarla yanaşı, qızlar da iştirak edib. Yarışın sonunda mükafatçı yerləri tutan idmançılar təltif olunub. 

Azad Rəfi