• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1562
— 30.04.2019 13:26

DİM nəticələri açıqladı

KepezTV Player

Dövlət İmtahan Mərkəzi martın 17-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, həmçinin digər şəhər və rayonlarda 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.İmtahanda iştirak edən 32 min 966 nəfər şagird DİM-in internet saytında daxil olaraq nəticə ilə tanış ola bilərlər. Markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər. Şagirdlər imtahan nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.