Bu günə xəbərlərin oxunma sayı: 733
— 27.04.2019 12:18

Beyrək Bağırov Ukraynada medal qazandı

KepezTV Player

“Gədəbəy” Gənclər İdman Klubunun taekvondoçusu Beyrək Bağırov Ukraynada keçirilən beynəlxalq turnirdən vətənə medalla dönüb.

Bağırov "Ukraina Open"də fəxri kürsüyə yüksəlməyi bacarıb. Xarkov şəhərində təşkil edilən və olimpiya oyunlarına reytinq xalları verən yarışda həmyerlimiz  87 kq çəki dərəcəsində dayanq üzərinə çıxıb. 27 yaşlı idmançı yalnız yarımfinalda uduzaraq turnirin bürünc mükafatına yiyələnib. Beyrək Bağırov yarışlara fərdi halda hazırlaşdığı üçün mükafatçılar sırasına düşməyin çox çətin olduğunu deyib. Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər Şahmat-İdman Məktəbində məşqçi kimi fəaliyyət göstərən Bağırov gələcək karyerası ilə bağlı fikirlərini də bölüşüb. Xatırladaq ki, 3-cü dan qara kəmər sahibi, idman ustası olan taekvondoçu 2017-ci ildə də Ukrayna turnirində iştirak edib. O, iki il öncə də analoji yarışın bürücn mükafatına sahib olub.

Orxan Cəfərzadə