KepezTV Player
Milli üzvləri iki həftə müddətində Göygöldə hazırlıq keçəcəklər.
İlin əvvəlindən bütün məşqləri Bakıda keçən milli bu dəfə qərb regionuna üstünlük verib və Göygöl Olimpiya İdman Kompleksinə təşrif buyurub. Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30 yaxın idmançıyla mayın 8-dək burda təlim-məşq toplanışında olacaq.
Millinin Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldilib. Təlim-məşq toplanışı yekunlaşdıqdan sonra komandamız Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Azad Rəfi
- Baxış: 1286