• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1515
— 26.04.2019 15:57

Silsilə oğurluqlar edən qrup zərərsizləşdirildi

KepezTV Player

Zərdab şəhər sakini Nazim Eyvazov dəyəri 120 manat olan bir baş quzusunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Şəhər sakini Vidadi Muradov da nəzarəti ona tapşırılmış, Akif İbrahimova məxsus evə baxarkən zirzəminin taxta qapısının kilidinin qırıldığını, orada olan bir ədəd peyk antenası aparatı, bir ədəd DVD aparatı, bir ədəd tozsoran və bir ədəd nərdin oğurlandığını bildirib. Faktlar üzrə cinayət işi başlanıb. Əməliyyat axtarış tədbirləri nəticəsində cinayətləri Zərdab şəhər sakinləri Rüfət Mənsimli və Ədalət Məhəmmədlinin əlbir olub qrup təşkil edərək törətdikləri məlum olub.