• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1992
— 25.04.2019 16:33

Bakıda qanunsuz toyuq sexi aşkarlanıb

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daha bir qanunsuz toyuq sexi aşkarlayıblar. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsim sexinə baxış keçirilib. Ceyhun Babayevə məxsus sexin gecə saatlarında fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib. Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra antisanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb. Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların qanı və iç orqanlarının antisanitar şəraitdə sexin döşəməsinə yığılaraq oradan kanalizasiya xəttinə axıdıldığı məlum olub. Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.