• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2170
— 25.04.2019 12:33

Quduz it 9 nəfəri dişlədi

KepezTV Player

Lənkəranın Liman şəhəri ərazisində quduz it səkkizi kişi, biri qadın olmaqla 9 nəfəri dişləyib.  64 yaşlı Şakir Hüseynov, 62 yaşlı Nailə İsmayılova, 60 yaşlı Meysəm Əkbərov, 45 yaşlı Tahir Muradov, 31 yaşlı Zahid Həbibov, 29 yaşlı Anar Abbasov, 25 yaşlı İsa Aslanlı, 20 yaşlı Tural Kazımlı və 19 yaşlı Əlifağa Məmmədov təcili tibbi yardım maşınları və şəhər sakinlərinin köməyi ilə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaraları yüngül olanlar ambulator müalicəyə buraxılıb, aralarında ən yaşlı zərərçəkən olan Şakir Hüseynovun xəsarəti ağır olduğundan onun müalicəsi davam etdirilir.