“Azərpoçt” vasitəsi ilə yalnız Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri kompensasiyalarını nağd və nağdsız formalarda əldə edə bilərlər. Proses Gəncənin mərkəzi poçtunda və 22 poçt şöbəsində də həyata keçirilir.Kompensasiya ödənişi ilə əlaqədar poçt şöbələrində vətəndaşlara operativ şəkildə xidmət göstərilməsi üçün ayrıca sahə müəyyən olunub və müvafiq əməkdaşlar ayrılıb.
"Azərpoçt” MMC tərəfindən problemli kreditlərin ödənilməsilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçirilir. Problemli kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibsə, ödəniş zamin tərəfindən edilibsə, eləcə də digər hallarda, yalnız Qanunvericiliklə nəzərdə tutulan formada varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilir.
Tural İsgəndərov Gəncə Regional Poçt Filialının rəisi:Azərpoçt MMC olaraq aprelin 22-i tarixindən bu əməliyyata start verilibdi. Dünən ilk gündə Azərpoçt MMC üzrə 13 min nəfərə 500 manata qədər olan kompensiyasiya ödənişləri həyata keçirilib. Eyni zamanda Gəncə şəhəri üzrə 22 poçt şöbəsində 744 nəfərə 22 aprel 2019-cu il tarixində 500 manata qədər olan kompensasiyaların ödənişi həyata keçirilib.
- Baxış: 942