• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1879
— 22.04.2019 12:11

Bir ailənin beş üzvü yaralandı

KepezTV Player

Kürdəmir rayonunun Cənub Məhəlləsində yerləşən fərdi yaşayış evlərindən birində yanğın baş verib. Elman Eminova məxsus evin yanması nəticəsində 3-ü azyaşlı olmaqla, bir ailənin 5 üzvü - İmişli rayon sakinləri - Anar Əsədov, Qəndab Hüseynova, İlahə Əsədova, Günay Əsədova, Binyət Əsədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndəriliblər. Hadisəyə ilkin səbəb kimi televizorun partlaması bildirilir. Faktla bağlı araşdırma aparılır.