• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 924
— 20.04.2019 12:20

Ev siqaretdən yandı

KepezTV Player

Bakının Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində çoxmərtəbəli yaşayış evində yanğın baş verib. Alov binanın 3-cü mərtəbəsində Muxtar Mollayevə məxsus mənzildə meydana gəlib. Hadisə yerinə 5 yanğın söndürmə və 1 təcili tibbi yardım briqadaları cəlb edilib. Yanğın söndürülüb. Ev sahibinin sözlərinə görə, hadisə baş verən zaman evdə heç kim olmayıb. Ehtimala görə, yanğına səbəb yuxarı mərtəbədən atılan siqaret kötüyü olub. Eyvanda yanan konstruksiyalar olduğundan alov qısa zamanda mənzilin içərisinə də keçib. Nəticədə 3 otaqlı mənzilin 2 otağı tamamilə yanıb. Hadisənin dəqiq səbəbi araşdırılır.