• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 957
— 19.04.2019 18:19

Gəncəli yazıçının yaradıcılıq gecəsi keçirilib

KepezTV Player

“Gəncənin səsi” qəzetinin baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi mükafatları laureatı, “Tərəqqi” medallı, Ali Media Mükafatçısı, nəhayət istedadlı jurnalist - Rəfiqə xanım Sadıqova. Yorulmaz fəaliyyəti və peşəkarlığına görə, sənətinə tükənməz sevgisi və yorulmaz fəaliyyətinə görə çoxsaylı mükafatları sıralayan Rəfiqə Sadıqovanın həyatının 70 illik işığına toplamışdı şəhər ictimaiyyətinin nümayəndələri. Yaradıcılığında əsasən mənəvi-psixoloji problemlərə üstünlük verən zərif yazarın çoxsaylı sənədli hekayə, povest və publisistik məqalələrin, habelə, “Dünya beş günlük deyil…”, “İkinci toy” və “Nigaran qalacağam” romanlarının müəllifi olduğu xatırlanıb. Onun yazıları daim üslub rəvanlığı, forma mükəmməlliyi, faktların dəqiqliyi ilə seçilib. Rəfiqə xanımın istər iqtisadiyyat, istər mədəniyyət, istərsə də elm və təhsillə bağlı xəbərləri eyni peşəkarlıqla, eyni həvəslə işlənib, oxucuya təqdim edilib. Şübhəsiz ki, bu, hər şeydən əvvəl səriştəli jurnalistin dünyagörüşü, bilik səviyyəsi və zəngin mütaliəsi ilə bağlı olub. Yubiley gecəsi xalq mahnılarının təqdimatında musiqi dəqiqələri ilə davam edib.

Elmira Əliyeva - Mərkəzi Kitabxananın direktoru: Onun həyat və fəaliyyəti haqqında slayd, qısametrajlı film hazırlamışıq. Maraqlı hekayədir. Qələm dostları, oxucuları Rəfiqə xanım barədə fikirlər səsləndirirlər. Kitabları sərgilənir”.