Gəncədə ötən gün axşamdan 13 minə yaxın abonentin qaz təchizatında problem yaranıb. Yeraltı xəttin zədələnməsi nəticəsində yaranan problem bir müddətdən sonra aradan qaldırılsa da lakin bunu qazsız qalan abonentlərin hamısına şamil etmək olmur. Təfərrüatlar qarşıdakı sujetdə.
Qazsız qalan Gəncənin 2, 3 və 4-cü mikrarayonlarının sakinləri olub. Qazın xəbərdarlıq edilmədən kəsilməsi abonentlərin narazılığına səbəb olub. Artıq 1 sutkadır qazsız qalan sakinlər havaların soyuduğu bir vaxtda mavi yanacağın olmamasının səbəbini bilmirlər.
Pərvanə Əliyeva - sakin: – “ Abbas Səhhət zonasında dünən saat 4-dən bu vaxta qədər qaz yoxdur. Evdə qoca var, uşaq var. Dünənə qonşularla birlikdə qaz baloları əlimizdə düşmüşük çöllərə bir tədbir görmək lazımdır”.
Sərdar İbrahimov - sakin: – “Deyirlər İmamzadə tərəfə nə isə qəza olub. Mən zəng vurdum aidiyyatı qurumlara dedim belə olmaz camahat soyuqdan əziyyət çəkir”.
Hadisə dünən saat 17:10-da şəhərin Keçid küçəsində aparılan tikinti işləri zamanı baş verib. Yeraltında olan 250 milli metrilik poltelin borunu zədələnməsi qaz təminatının dayanmasına səbəb olub.
Azər Məmmədov - Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi: – “Dünən yəni ayın 18-də axşam saat 19 radələrində alternativ mənbələrdən istifadə edərək, 10 min 500 abonentin qaz təchizatı bərba olunub, yerdə qalan 2500 abonentin qaz təminarı isə bu gün saat 12-ə qədər təmin olunacaqdır.
Qaz xəttinin zədələnməsinə səbəb isə yenidən qurulan Gəncə Lakomativ Deposu ərazisində ehtiyatsızlıq olub. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova tikinti aparılan zaman texnikanın yeraltından keçən qaz xəttini zədələyini bildirib. Hazırda ərazidə Qaz qəza xidmtəti tərəfindən zədələnən borunun təmiri aparılır.
- Baxış: 271