• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 18.04.2019 16:16

Bu gün Beynəlxalq abidələr və tarixi yerlər günüdür

KepezTV Player

Hər il aprelin 18-i ölkəmizdə də Beynəlxalq abidələr və tarixi yerlər günü kimi qeyd edilir. 1983-cü ildə UNESCO yanında Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə təsis edən günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Əlamətdar gün münasibəti ilə mədəniyyət qoruqlarında, tarixi yerlərdə “açıq qapı” günləri keçirilir, yeni layihələr təqdim edilir, abidələrin qorunmasının təbliği məqsədilə “açıq qapı” günləri təşkil olunur. Gəncənin də muzeyləri bu gün qapılarını vətəndaşların üzünə açıb.