• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1773
— 17.04.2019 12:10

1, 3, 5-ə münasibət niyə fərqlidir?

KepezTV Player

Qəpik də manat kimi milli pul vahidimizdir. Ancaq niyəsə bəzi vətəndaşlar xırda pullara, xüsusən 1, 3, 5 qəpiyə etinasız münasibət göstərilər, hətta bəzən pulun qalığı kimi onlara qaytarılan bu xırdanı qəbul etmək istəmirlər. Bəzən də əksinə olur: bu xırda pullar marketlərdə yoxa çıxır və onları başqa mallar əvəzləyir. Növbəti süjetimiz elə bu barədidir. Izləyək.

Pərviz Məmmədov - kassir: “ Yox, tapılır, sadəcə elə bir məqam olur ki, əlimizdə 3,5 qəpik olmayanda kibrit təklif edirik. Müştəri isə onu götürür gedir, heç bir narazılıq olmur. Əksinə 3,5 qəpik təklif edəndə müştəri bizə deyir ki, onun yerinə kibrit ver”.

 

Görəsən, əksər alıcının etiraz etmədiyi məsələyə ictimai nəqliyyatda münasibət necədir? Sorğu – sürücülər: - Olur ki, sərnişinlər gediş haqqını biet alanda 5 qəpiklə verirlər. Şəxsən mən götürürəm, dövlətin puludur, əlbəttə ki, götürməliyik. - Götürürük, sərnişinə veririk də. Bax bu saat 5 qəpiklərimiz var. Sərnişinlər bizə veririlər, bəzən özləri götürmürlər.

Sözügedən pullarla bağlı daha bir problem bəzən cüzi zədələnmiş kağız pulların ticarət obyektlərində qəbul edilməməsidir. Halbuki onlar bizim milli pul vahidimizdir və üzərində dövlət atributlarımız əks olunub. Bəs, bu niyə baş verir və nə dərəcədə qanuna uyğundur?

Ramiz Abdullayev - hüquqşünas: “İstehsalçılar problemlərlə bağlı müvafiq qurumlara müraciət edə bilərlər”

Dama-dama göl olar deyiblər. Görünür bu deyimi bəzi işbazlar daha yaxşı dərk edir. Amma istənilən sivil, demokratik ölkə üçün qanunun dediyi daha doğru və keçərlidir. Qanun isə deyir ki, Azərbaycan Respublikası ərazisində tədavül vasitəsi bütün nominallarda Azərbaycan manatı və qəpiklərdir. Xırda pullara etinasız yanaşanların nəzərinə isə çatdıraq ki, dünyada bütün böyük sərvətlərin sahibləri məhz qəpik qədri bilənlərdir.