• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 17.04.2019 12:13

Hamamda narkotik aşkarlandı

KepezTV Player

Daxil olmuş məlumat əsasında Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş, 53 yaşlı Tahir Həmzəyevin həyətyanı sahəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həyətdə 8 ədəd çətənə kolu aşkar edilib. Bundan sonra həyətdə tikilmiş hamama baxış zamanı küllü miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Şahidlərinin iştirakı ilə narkotik vasitələr maddi sübut kimi götürülərək polis şöbəsinə gətirilib. İlkin dindirilmə zamanı saxlanılan Tahir Həmzəyev törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.