Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirlib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub. Çıxış edənlər ordu quruculuğunda görülən işlərdən danışıb. Azərbaycan Ordusunun güclü maddi-texniki bazaya, şəxsi heyyətin yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğu vurğulanıb. Hazırda xalqla ordunun birliyi möhkəmdir. Natiqlər vətən qarşısında öz borclarını şərəflə yerinə yetirən gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çıxışlarda dövlət gənclər siyasətinin uğurlu icrasından danışaraq, bu proqram çərçivəsində gənclərin məşğulluğunun təmin edilməsinin dövlətin əsas prioritet sahələrindən biri olduğu diqqətə çatdırılıb. Hərbi xidmətdən tərxis olunmuş gənclər çıxış edərək orduda əsgərlərə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Onlar hər an Ali Baş Komandanın əmri ilə düşmənə layiqli müqavimət göstərməyə hazır olduqlarını qeyd ediblər. Tədbirdə həqiqi hərbi xidmət müddətini başa vuran gənclərə hərbi bilet və xatirə hədiyyələri təqdim edilib. Məktəblilərin hazırladığı bədii hissə iştirakçılarda vətənpərvərlik ruhunu bir qədər də yüksəldib.
Natiq Hüseyn
- Baxış: 428