• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 708
— 16.04.2019 12:36

Keçmiş məhkum 15 kq-a yaxın tiryəklə saxlanıldı

KepezTV Player

Daxil olan məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Salyan rayon sakini Niyaməddin Sadıqov saxlanılıb. Onun əlində olan torbanın içindəki 5 ədəd bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 14 kiloqram 685 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotiki şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından Biləsuvar rayonu ərazisində əldə edib. Sadıqov ifadəsində tiryəki satmaq niyyəti ilə aldığını deyib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb. Niyaməddin Sadıqov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.