• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 919
— 15.04.2019 16:08

"Pablo Eskobar" Bakıda tutuldu, başqaları da ələ keçdi

KepezTV Player

Paytaxt sakini Kənan Cavadov Xətai rayonu ərazisində bir neçə mənzildən məişət, qızıl-zinət əşyaları və pul oğurlamaqda şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılıb. O, ifadəsində oğurladığı əşyaları Xətai rayonu ərazisində yaşayan Elxan adlı şəxsə verərək əvəzində şəxsi istifadə üçün ondan narkotik vasitələr aldığını bildirib.

Cavadova narkotik vasitələri satan paytaxt sakini əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Məmmədov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 510 qram heroin, 6 kiloqram 50 qram qurudulmuş marixuana, 1,590 qram metamfetamin, həmçinin Kənan Cavadovun müxtəlif mənzillərdən oğurlayaq ona verdiyi məişət əşyaları aşkar edilərək götürülüb.

Məmmədovun yaşadığı evdə həmçinin narkotik vasitələrin qəbulu üçün ayrılmış xüsusi otaq da müəyyən edilib. Həmin otaqda o, narkotik vasitələri satdığı şəxlərə elə orada narkotikləri qəbul etmək üçün şərait yaradıb. Elxan Məmmədov saxlanılan zaman onun evində narkotik vasitə qəbul edən daha 4 nəfər - paytaxt sakinləri Elşad Seyidov, Vaqif Məmmədov, Samir Qurbanov və Yalçın Hüseynov da tutulublar. Onların üzərlərinə baxış zamanı şəxsi istifadələri üçün Məmmədovdan aldıqları heroin və metamfetamin aşkar edilərək götürülüb.

Elxan Məmmədova narkotik vasitələri satan Bakı sakini Məhəmməd Məmmədzadə də yaxalanıb. Onun Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib. Müəyyən edilib ki, Elxan Məmmədovla Məhəmməd Məmmədzadəni Salyan rayon sakini Vadim Kazımov tanış edib. Məmmədzadə narkotik vasitələri Kazımov vasitəsilə Elxan Məmmədova verərək satışını təşkil edib.

Məhəmməd Məmmədzadə özünə ötən əsrin 80-ci illərində dünyanın ən təhlükəli narkobaronlarından biri olmuş Pablo Eskobarı nümunə götürüb. O, sinəsinə narkobaronun adını döymə ilə yazdırıb.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.