• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1077
— 13.04.2019 12:37

KİV nümayəndələri QİÇS-ə qarşı

KepezTV Player

Coğrafi və sosial sərhəd tanınmayan Qazanılmış İmmun Çatışmazlığı Sindromu-QİÇS-ə milliyətindən, dinindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insan yoluxa bilər. BMT-nin QİÇS üzrə Birləşmiş Proqramına əsasən hər il dünyada yüz minlərlə insan bu xəstəlikdən vəfat edir. Bu fikirlər Gəncədə QİÇS-lə bağlı keçirilən maarifləndirici tədbirdə səslənib. KİV nümayəndələrinin də iştirak etdiyi tədbirdə hazırda Republikamızda da bu xəstəlikdən əziyyət çəkənlərin olduğundan, buna yoluxmamaq üçün hər bir insanın əvvəlcədən həyat tərzinə məsuliyyətlə yanaşmasından danışılıb. İnsanın bu virusdan yoluxma şübhəsindən çıxmaq üçün yeganə yol laborator müayinədən keçməkdir. Bunun üçün də istənilən tibb müəsisəsinə müraciət etmək olar. Tədbirdə həkimlər iştirakçıları maraqlandıran sualları cavablandırılıb.

 

Elnur Vahidoğlu