• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 992
— 09.04.2019 15:49

Həmkəndlisindən oğurluq edən şəxs tutulub

KepezTV Player

İsmayıllıda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub. Qubaxəlilli kənd sakini​ Süleyman Süleymanov aprelin 5-də həmkəndlisi Asif Ağayevin yaşadığı evə daxil olaraq oradan 2100 manat pul oğurlayıb. Süleymanov qaçarkən ev sahibi onu görüb və dərhal polis şöbəsinə məlumat verib. İsmayılll Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib. Süleymanov əvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırma aparılır.