• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1848
— 08.04.2019 18:32

"Təmiz şəhər aylığı"ndan təmiz çıxa bilməməyin səbəbləri

KepezTV Player

Avtomobillərdən ixrac edilən zərərli qazların atmosferi çirkləndirməsinin qarşısını almaq üçün Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Təmiz hava aylığı" layihəsini həyata keçirir. Lakin təşkil edilən reydlər bəzi sürücülərin narazılıqlarına səbəb olub. Kimi avtomobilini yeni saz vəziyyətə gətirdiyini deyir, kimi istifadə etdiyi benzinin keyfiyyətindən gileylənir, kimi də tüstülənməni ölçən cihazın düzgün işləməsinə şübhə ilə yanaşır. Bəs əslində vəziyyət necədir?Məsələni əməkdaşlarımız araşdırıb.

Avtomobilin ixrac borusundan çıxan qara tüstü hava-yanacaq kütləsinin həddindən artıq zənginləşməsindən yaranır və enerji ,yanma,yanacaq püsgürmə sisteminin nasazlığından baş verir. Bu halda yanacağın daha çox istifadə edilir, mühərrik səlis işləmir, ixrac borusundan kəskin iyli qaz və tüstü çıxır.Avtomobil ustalarının fikrincə həddindən artıq tüstülənməni yaradan səbəblərdən biri yanacağın keyfiyyətidir.Digər səbəblərə gəldikdə isə...

Tüstünün zəhərləmə həcmini ölçən cihaz isə avtomobil növündən asılı olmayaraq istifadə oluna bilər.Bunun üçün cihazları hazırlayan beynəlxalq şirkətin zəmanəti var və bu qurğular inkişaf etmiş ölkələrdə də tətbiq olunur.Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov sürücülərin məsələ ilə bağlı narazılıqlarına münasibət bildirərkən belə deyib.

O həmçinin əlavə edib ki,"Təmiz hava aylığı" layihəsinin keçirilməsində məqsəd sürücüləri cərimələmək yox,onları maarifləndirmək və ətraf mühitin mühafizəsinə töhvə verməkdir.Cihazın iş prinsipindən narazı olan və avtomobilinin saz vəziyyətdə olduğunu düşünən hər kəs Dövlət Yol Polisinə müraciət edə bilər.

Qeyd edək ki,əvvəllər ildə bir dəfə keçirilən "təmiz hava aylığı" layihəsi “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu ildən etibarən ildə 2 dəfə baş tutacaq.